ABŞ Bakı və İrəvana çağırış etdi

ABŞ Bakı və İrəvana çağırış etdi “Biz itkilərlə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq”.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, gücdən istifadə danışıqlara zərbə vurur:
“Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir. Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır. Dövlət katibinin daim vurğuladığı kimi, Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir”.
Qeyd edək ki, 12 fevralda Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq, əsgərimizi yaralayan erməni terrorçulara qarşı Dövlət Sərhəd Xidməti 13 fevralda qisas əməliyyatı keçirib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.

Tehsil-press.az


Oxşar xəbərlər