Leyla Əliyeva babası ilə bağlı paylaşım edib

Leyla Əliyeva babası ilə bağlı paylaşım edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva babası Arif Paşayevi 90 illik yubileyi ilə bağlı təbrik edib.

O, babası, bacısı Arzu Əliyeva, xalası Nərgiz Paşayevanın qızları Ülviyyə Rəhmanova və Aida Mahmudovanın da yer aldığı fotonu “Instagram” hesabında paylaşaraq bu sözləri yazıb:

“Sevimli babamızı doğum günü münasibəti ilə təbrik edirəm! Sən yaxşıların yaxşısısan! Biz səni çox sevirik! Allah bütün böyüklərimizə can sağlığı və uzun ömür nəsib etsin”.

Qeyd edək ki, akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının rektorudur.


Tehsil-press.com

Oxşar xəbərlər