Ukrayna bu ölkədən 12,1 milyard dollar məbləğində yardım alacaq

Ukrayna bu ölkədən 12,1 milyard dollar məbləğində yardım alacaq Ukrayna Yaponiyadan 12,1 milyard dollar məbləğində maliyyə yardımı alacaq.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqramda məlumat verib.
“Bu, xüsusilə, bu ayın sonuna qədər alacağımız 4,7 milyard dollarlıq qrantdır”, - hökumət başçısı yazıb.
O, ölkələr arasında 56 sənəd imzalandığını və investisiyaların təşviqi və qorunmasına dair sazişin yenilənməsi üçün danışıqlara başlamaq barədə razılığa gəldiyini açıqlayıb.
Bağlanmış sazişlərə, xüsusən, gəlir vergilərinə münasibətdə ikiqat vergitutmanın qarşısını almaq üçün konvensiya, Ukrayna infrastrukturunun bərpasında əməkdaşlıq haqqında saziş, habelə Ukraynaya sürətli bərpa qrantının verilməsi daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər