Ukraynanın dövlət borcu 132 milyard dolları keçib.
Bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.
“31 iyul 2023-cü il tarixinə Ukraynanın dövlət və dövlət zəmanətli borcu 4 860,59 milyard qrivna və ya 132,92 milyard dollar təşkil edib”, - deyə Ukrayna Maliyyə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, dövlət və dövlət zəmanəti ilə xarici borc 3 319,19 milyard qrivna və ya 90,77 milyard dollar təşkil edir.
İyulda dövlət borcunun dörd milyard dollar artdığı bildirilir.
Tehsil-press.az