Dünya Bankı Ukraynaya 1,75 milyard dollar məbləğində yeni yardım ayırıb

Dünya Bankı Ukraynaya 1,75 milyard dollar məbləğində yeni yardım ayırıb Dünya Bankı Ukraynaya 1,75 milyard dollar məbləğində yeni yardım ayırıb.
Bu barədə təşkilatın bəyanatında bildirilib. Yardım paketinə Böyük Britaniyanın zəmanəti ilə 500 milyon dollarlıq kredit, 1,25 milyard ABŞ dolları məbləğində qrant və Finlandiyadan 15 milyon dollar məbləğində qrant daxildir.
Bu vəsaitlərdən Ukraynada pensiyaların ödənilməsi, sosial yardım proqramlarının həyata keçirilməsi və dövlət xidmətləri göstərən işçilərin əməkhaqqının ödənilməsi üçün istifadə ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər