Şir onunla şəkil çəkdirmək istəyən kişini parçaladı

Şir onunla şəkil çəkdirmək istəyən kişini parçaladı Hindistanda yırtıcı şir qəfəsdə selfi çəkdirmək istəyən kişini parçalayıb.
Prahlad Gujjar adlı şəxs heyvanın tövləsinin yaxınlığındakı qadağan olunmuş əraziyə düşərkən təhlükəsizlik qaydalarını pozub.
O, zoopark işçilərinin xəbərdarlıqlarına məhəl qoymayaraq, şirlə üz-üzə gəlib. Yırtıcı hindlini 10 dəqiqəyə parçalayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, zərərçəkən sərxoş olub.
Zoopark gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirlərini açıqlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər