İnternetdə qız axtaran 65 yaşlı kişinin 63 min dolları əlindən çıxdı

İnternetdə qız axtaran 65 yaşlı kişinin 63 min dolları əlindən çıxdı Hindistanda cavan qızla tanış olmaq istəyən yaşlı kişini aldadıblar. 65 yaşlı hindlinin 63 min dollarını alıb qaytarmırlar.
Hindistanda yaşayan iş adamı qızla "Locanto” saytında tanış olub. Qeydiyyatdan keçəndən sonra ona Mira adlı qadın zəng vurub, üç qız təklif edib. Kişi şəkillərə baxaraq qızlardan birini seçib. Ondan ayrı-ayrı xidmətlərə görə 4,6 milyon rupi (təxminən 62760 dollar) qoparıblar.
Tsəvvür edin, ondan tanışlıq, möbil telefon nömrəsinin yayılmaması, qızla müqavilə, saytdakı profilinin verifikasiyası və başqa xidmətlər üçün pul alıblar.
İş adamını Rozi adlı qızla tanış ediblər. Onlar bir neçə dəfə telefonla danışıb, amma görüş baş tutmayıb. Kişi saytla bağlı şikayətlərin çoxluğunu görəndə qızdan pullarını geri istəyib. Rozi pulları bu ilin yanvarında geri qaytaracağını desə də, yoxa çıxıb. Bundan sonra kişi polisə müraciət edib. İndi polis həm Miranı, həm də Rozini axtarır.

Tehsil-press.az

Oxşar xəbərlər