Prezident yeni icra başçısı təyin etdi

Prezident yeni icra başçısı təyin etdi Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Naim Etibar oğlu Cahidzadə icra başçısı təyin olunub.
Qeyd edək ki, 35 yaşlı N. Cahidzadə Şahbuz rayon Kolanı kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib. Naxçıvan Dövlət Universitetində çalışıb, "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsində dekan müavini və dekan kimi fəaliyyət göstərib. N. Cahidzadə 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib. O, sonuncu təyinatadək Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə Sədərək RİH-nin başçısı Mahirə Adnayeva 2023-cü ilin avqustunda vəzifəsindən azad olunub.

Tehsil-press.az





Oxşar xəbərlər