Alim Qasımovun fantastik toy qiyməti...

Alim Qasımovun fantastik toy qiyməti... Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi “Natiq” ritm qrupunun toy qiymətlərini açıqlayıb.

Bu haqda sənətçi instaqram hesabında paylaşım edib.

Nağara ustası Xalq artisti Alim Qasımovla bərabər məclislərə getdiyini bildirib.

Şirinovun çıxışı üçün fantastik qonorar tələb etməsi diqqətdən qaçmayıb.

Belə ki, qonorar 1500 manatla 45 min manat arasında dəyişir. N.Şirinov toyda açılış və aş gətirmə mərasimi üçün 15 nəfərlik musiqiçinin iştirakı ilə 10 min manat tələb edir.

Gəlin götürdü, açılış, aşgətirdi və yallı üçün musiqiçiyə 25 min manat, qavaldaşı üçün isə 17 min manat qonorar ödəməlisiniz.

Toyda Alim Qasımovun yer aldığı təqdirdə bu qiymət 30 min manata qədər yüksəlir. Qrupun “Premium paket” adlandırdığı xidmət isə 45 min manat təşkil edir.

Sözügedən xidmətə gəlingötürdü, N.Şirinov və A.Qasımovun iştirakı ilə açılış mərasimi, aşgətirdi və yallı daxildir.

Qeyd edək ki, Natiq Şirinov və Alim Qasımov eyni zamanda qudadırlar.



Tehsil-press.az

Oxşar xəbərlər