Bu gün reytinq, qonorar, pul hər şeydən önə keçib. Bunu Xalq artisti Flora Kərimova “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfransda deyib.
Müğənnilərin mahnı ifa edən zaman dil qüsurlarına yol verməsinə toxunan F.Kərimova bildirib ki, səsin intellekti ağıl intellekti ilə bir olmasa, düzgün mahnı ifa etmək mümkün deyil.
Xalq artistinin sözlərinə görə, əvvəllər müğənilləri komissiyalar yoxlayırdı: “Bizim dövrümüzdə dil komissiyaları var idi. İndi belə komissiyalar yoxdu, hər şey reytinqə, pula hesablanır”.
F.Kərimova qeyd edib ki, hər kəsdən Azərbaycan dilinin qaydalarına əməl etməyi tələb etmək lazımdır: “Qonorar, pul, reytinq ön sıraya keçib”.
Tehsil-press.az