Şəhid atası kollecə direktor təyin olunub

Şəhid atası kollecə direktor təyin olunub Filologiya üzrə fəlsəfə doktoru, professor Kamran Kazımov Astara Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) məlumat verilib.

Bildirilib ki, Kamran Kazımov bu vəzifəyədək Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru vəzifəsində çalışıb.

Həmçinin qeyd edək ki, K.Kazımov şəhid Vüsal Kazımovun atasıdır. Sözügedən islahatların davamı olaraq Kollecin tədris işləri üzrə direktor müavini Yusif Şahnamazov Agentliyin 29 fevral 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib və Kollecin coğrafiya müəllimi Əsgərzadə Aynur Aydın qızı tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Astara Pedaqoji Kollecində keçirilən monitorinq zamanı Kollecdə tədrisin təşkili ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib və bu nöqsanların aradan qaldırılması üçün EATDA tərəfindən kadr və struktur islahatlarına başlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər