Cənab Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam verdi. 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam oldu. Bu sərəncam Naxçıvan Muxtar Respublikasına verilən dəyərin ən ali dərəcəsidir.
Azərbaycana ikinci dəfə rəhbərliyi illərində Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasını heç vaxt diqqətdən kənarda qoymadı. O, blokada şəraitində olan bu diyarın yaşaması, yaratması üçün əlindən gələni etdi. Ölkədə başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəallığı və yaradıcı forması ilə seçilirdi. Bu inkişaf konsepsiyası sonrakı illərdə bir idarəetmə modeli kimi tarixə düşdü.
Bu model Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirildi.
Ilk növbədə qeyd edim ki, Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur. Ulu öndər Naxçıvanın muxtariyyət statusu əldə etməsinin tarixi əhəmiyyətini və bu sahədə beynəlxalq müqavilələrin rolunu qiymətləndirərək deyib: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Prezident İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı qədim diyar Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir. Sərəncamda da Naxçıvanın tarixiliyi və vacibliyi bir daha qeyd edilir : “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
Qətiyyətlə deyə bilərəm ki, Naxçıvanın muxtariyyəti xalqımızın və dövlətimizin tarixi nailiyyətidir. Bu muxtariyyət imkan verdi ki, Azərbaycan xalqının çoxəsrlik arzuları reallığa çevrilsin, əcdadlarımızın izi bu torpaqdan silinməsin. Şərqin əsas fikir və düşüncə mərkəzlərindən olan Naxçıvan əhalisi hər zaman milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətlər göstərdi. Bunun adı istisnasız fədakarlıq, dövlətə və ölkəyə olan sonsuz məhəbbətdir.
Tehsil-press.az

Osman Əhmədzadə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi