Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi

Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Sərəncama əsasən, Süleyman Əsgər oğlu Neymətov Naxçıvanın daxili işlər naziri vəzifəsinə gətirilib.
Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışırdı. O, Suraxanıdan əvvəl Sumqayıtda polis rəisinin müavini, Qubada isə rəis kimi fəaliyyət göstərib.

Tehsil-press.az



Oxşar xəbərlər