Əfv və amnistiya olacaq! - Hüquq müdafiəçisi tarixi açıqladı

Əfv və amnistiya olacaq! - Hüquq müdafiəçisi tarixi açıqladı Adətən, hər il Novruz qabağı amnistiyaya fərmanı imzalanırdı. Hətta bundan əvvəl onun müzakirələri gedir və təxminən kimləri əhatə edəcəyi açıqlanırdı. Lakin bu il hələ ki amnisitiya və ya əfvlə bağlı heç nə danışılmır.

Mövzu ilə bağlı açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, bu il amnistiya ilə bağlı fərmanın may ayında imzalanacağı gözlənilir.

Hüquq müdafiəçisi qeyd edib: “Mən belə başa düşürəm ki, amnistiyanı may ayına saxlayıblar. Mayda həm amnistiya, həm də əfv sərəncamları olacaq. Çünki adətən, amnisitiya hər il bayramqabağı olurdu. İndi bununla bağlı komissiya işləyir və amnistiya əfvlə birgə olması gözlənilir”.

Novella Cəfəroğlunun sözlərinə görə, budəfəki amnisitiya qərarı da ötənilki kimi çox sayda məhbusu əhatə edə bilər.

“Mən bununla bağlı dəqiq nəsə deyə bilmərəm. Bunu parlamentlə ölkə başçısı müəyyən edir. Yəqin ki yenə də çoxlu məhbusa şamil olunacaq”.

Qeyd edək ki, ötən ilin mayında ölkə başçısının Heydər Əliyevin 100 illiyi münasibəti ilə imzaladığı əfv sərəncamı 801 məhbusu əhatə edib.

Tehsil-press.az

Oxşar xəbərlər