BDU-nun Hüquq fakültəsində təlim keçirilib

BDU-nun Hüquq fakültəsində təlim keçirilib Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Səkinəxanım Rzayeva “Socialist Law Club” üzvü olan tələbələrə təlim keçib.
Təlim “Amnistiya və əfvetmə aktları haqqında, onların hüquqi təbiəti, tətbiqolunma qaydaları və bu aktların cəzadan azadetmənin başqa növlərindən fərqli cəhətləri" mövzusunu əhatə edib. Tələbələrə mərhəmət və humanizm aktları sayılan və cinayət qanunvericiliyində cinayət məsuliyyətindən və cəzadan azadetmənin bir növü kimi təsbit edilmiş hər iki institut haqqında ətraflı məlumat verilib. Amnistiya və əfvetmə aktlarının qəbul edilməsi və tətbiqi qaydalarının qanunvericiliklə tənzimi məsələləri təhlil olunub, bu normalarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər diqqətə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər