Sağlam qalmaq üçün düzgün qidaları doğru miqdarda qəbul etmək labüddür. Ramazan ayında uzun müddət ac qalıb daha sonra çox yeməklə balansı pozmuş oluruq. Nəticədə isə baş ağrıları qaçılmaz olur.
Bu barədə faydalı məlumatları təqdim edirik:
Normal şəraitdə gündə 3 dəfə yemək yeyilir. Müqəddəs ayda isə bu adət iki dəfəyə endirilir. Gün çıxandan batana kimi ac qalmaq qorxusu ilə həddindən çox yemək orqanizmə zərər vurur. Nəticədə həzm sistemi pozulur və ağır fəsadlar büruzə verir. Ramazanda yumurta, süd, yoğurt kimi zülallı, taxıl məhsulları, çərəzlər, duzsuz və yağsız pendirlər, o cümlədən darçınlı qidaları süfrənizdən əskik etməyin.
İmsakda isə mütləq qida qəbulu lazımdır. Xeyli müddət ac qalmaq maddələr mübadiləsinin ləngiməsinə səbəb olur. Duzlu qidalar susuzluq yaratdığı üçün ölçüyə diqqət etməkdə fayda var. Kofein tərkibli məhsullardan uzaq durmaq zəruridir.
İftar süfrəsində yetərli maye qəbulu önəmlidir. Ona görə də mütəxəssislər 8 stəkan su içməyi tövsiyə edir.
1-2 stəkan su və 1-2 xurma ilə orucunuzu açın. Bir az fasilədən sonra yeməyə başlaya bilərsiniz. Sağlamlığımız üçün daha bir məqam isə ilk olaraq şorba ilə yeməyə başlamaqdır.
Tehsil-press.az