Hazırda dünyanın bir çox ölkələrində havanın temperaturunun yüksəlməsi və rütubətin artması insanların sağlamlığına ciddi təsir göstərir.
Qızmar istilərdə bədən sağlamlığını qorumaq üçün qidalanma rejiminə əməl etmək olduqca vacibdir.
Yay aylarında sağlam qalmaq üçün necə qidalanmağın yollarını təqdim edirik:
Səhər yeməyi sağlamlıq üçün olduqca vacibdir
Yay aylarında qəbul ediləcək səhər yeməyinə az yağlı pendir, zeytun, yumurta, təzə tərəvəz və meyvələr daxil edilməlidir.
Kofeinli içkilər yerinə az yağlı süd və təzə sıxılmış meyvə şirələrinə üstünlük verilməsi səhər yeməyinin daha sağlam olmasına yol açacaq.
Vitamin və mineralların qəbulunu unutmayın
Yayda lazımi miqdarda vitamin və mineral qəbulunu artırmaq üçün kifayət qədər tərəvəz və meyvə qəbul etmək vacibdir. Sağlam həyat üçün gündə ən azı 5 dəfə tərəvəz və meyvə yemək tövsiyə edilir. Bol göyərti ilə hazırlanan salatlar da yay süfrəsindən əskik olmamalıdır.
Yağlı qida və xəmir yeməklərindən uzaq durun
Yay aylarında həddindən artıq yağlı və xəmirli qidalar orqanizmdə yorğunluq, baş ağrısı və təzyiq probleminə səbəb olur. Bu səbəbdən yağlı və qızardılmış qidalardan uzaq durulmalıdır. Yeməklərdə bitki yağlarından istifadə edilməlidir. Xüsusilə, yeməkləri yağda qızartmaq yaxşı nəticə verməyəcək. Yeməklərdə zeytun yağı və ağ ət üstünlük təşkil etməlidir.
Su istehlakınızı artırın
Yayda tərləmə ilə əlaqədar daha çox su və mineral itkisi olacağı üçün kifayət qədər maye qəbul edilməlidir. Bədən funksiyalarının nizamlı işləməsini təmin etmək üçün hər gün ən azı 2-2,5 litr su içilməlidir. Çay və qəhvə qəbulu suyu əvəz etmir, ona görə də çay və kofenin istehlakı su qəbulunun azalmasına səbəb olmamalıdır.
İsti havalarda natrium və kalium kimi minerallar bədəndən tərlə atıldığı üçün natrium itkisinin qarşısını almaq üçün duzlu ayran, kalium itkisinin qarşısını almaq üçün isə bol tərəvəz və meyvə qəbuı edilməlidir.
Qida zəhərlənməsinə qarşı diqqətli olun
Yay ayları qida zəhərlənmələri baxımından da çox risklidir. Xüsusilə yay aylarında çöldə və açıq havada satılan qidalardan qaçılmalıdır. Tez xarab olan ət, yumurta, süd, balıq kimi qidalar açıq yerdə saxlanmamalı, hazırlanarkən gigiyena qaydalarına riayət edilməlidir.
Gec yeməyin
Yay ayları həzm və enerji sərfiyyatı baxımından problemlər yaradacağı üçün yeməkləri mümkün qədər tez yeməyə diqqət yetirilməlidir.
Az və tez-tez yeməyə, uzun müddət ac qalmamağa fikir vermək isə olduqca əhəmiyyətlidir.
Tehsil-press.az