WSJ: Ərdoğanın prezident kimi varisi bu şəxs ola bilər

WSJ: Ərdoğanın prezident kimi varisi bu şəxs ola bilər “Ərdoğanın kürəkəni Selcuk Bayraktar prezident kimi onun varisi ola bilər”.

Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat dərc edib.

Qəzetin köşə yazarı Jared Malsinin sözlərinə görə, “Baykar”ın baş direktoru Selçuk Bayraktar Türkiyədə çox məşhurdur və namizədliyini dəstəkləyəcək tərəfdarları var.

“Səlcuq Bayraktar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı postunda gələcək varisi ola bilər”, – Malsi bildirib.

Bayraktarın özü 2023-cü ilin payızında “WSJ”yə verdiyi müsahibədə siyasətlə fəal məşğul olmadığını deyib. O, heç bir siyasi ambisiyasının olmadığını bildirib. Lakin Ərdoğanın belə xahişlə müraciət edəcəyi təqdirdə prezidentliyə namizəd ola biləcəyini istisna etməyib. Bayraktar qəzetə müsahibəsində bunun mövcud şəraitdən asılı olacağını vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər