Rusiyalıların 60 faizi Vladimir Lenin bədəninin mavzoleydən çıxarılaraq basdırılmasının tərəfdarıdır.
Tehsil-press.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzi (VSİOM) tərəfindən keçirilən sorğunun nəticələrində deyilir. Rusiyalıların 36 faizi bolşevik liderin tezliklə basdırılmasını dəstəkləyir. Sorğu ölkənin 130 yaşayış məntəqəsinin 1600 sakini arasında keçirilib.
Tədqiqatın nəticələrinə əsasən, 24 faiz respondent gözləməyi təklif edir. 32 faizi isə Leninin bədəninin mavzoleydə saxlanılmasını istəyirlər. 2011-ci ildə 200 mindən çox rusiyalı arasında keçirilən sorğunun nəticələrinə görə, səsvermə iştirakçılarının 70 faizi proletariatın rəhbərinin basdırılması ideyasını dəstəkləyib.
Qeyd edək ki, Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski bir neçə gün əvvəl Kommunist Partiyasına Vladimir Leninin cəsədinin saxlanılması üzrə xərcləri öz üzərinə götürməyi təklif edib. Siyasətçinin fikrincə, dövlət Leninin cəsədinin saxlanılması üzrə tibbi-bioloji işlərə pul xərcləməməlidir. “Rusiya Kommunist Partiyası xərcləri öz üzərinə götürə bilər. Əgər onlarda 2016-cı il üçün 13 milyon rubl varsa”, - Jirinovski bildirib.
Leninin bədəni 1924-cü ildə ölümdən sonra mumiyalanıb və Moskvanın Qırmızı Meydanında yerləşən mavzoleyə qoyulub.
tehsil-press.az