Almaniya XİN: Status-kvonun saxlanılması Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər

Almaniya XİN: Status-kvonun saxlanılması Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər Bu gün Almaniyanın XİN başçısı Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

Tehsil-press.az-n xəbər verir ki, bu barədə Almaniya XİN-in məlumatında deyilir. Məlumata əsasən, göruş zamanı qeyd olunub ki, Dağlıq Qarabağda atəşkəsin və siyasi danışıqların bərpası əvəzolunmazdır. Ştaynmayer bildirib ki, status-kvonun saxlanılması gələcək üçün heç bir zəmanət vermir və yenidən vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.

tehsil-press.az

Oxşar xəbərlər