Lavrov: Münaqişə zonasında güc tətbiqi qəbuledilməzdir

Lavrov: Münaqişə zonasında güc tətbiqi qəbuledilməzdir Rusiya və Ermənistan xarici İşlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan cümə günü Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasını müzakirə ediblər.

Tehsil-press.az RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, rusiyalı nazir regionda güc tətbiqini qəbuledilməz olduğunu deyib.
O həmçinin deyib ki Rusiya vəziyyətin kəskinləşməsinin əvvəlindən atəşkəs üzrə səylər göstərib. Onun sözlərinə görə, münaqişə zonasında güc tətbiqi qəbuledilməzdir. Lavrov atəşkəs haqqında razılaşmaya əməl olunmasının, bu vür vəziyyətin təkrarlanmamasının və danışıqların ATƏT-in Minsk Qrupun formatında davam etdirilməsi üçün müvafiq şəraitin yaradılmasının vaciblini vurğulayıb.

tehsil-press.az

Oxşar xəbərlər