Bu ölkə Fələstini dövlət kimi tanıdı

Bu ölkə Fələstini dövlət kimi tanıdı Karib dənizindəki ada ölkəsi Barbados Fələstini dövlət kimi tanıyıb.

Bu barədə Barbados xarici işlər naziri Kerri Simmonds məlumat yayıb.

“Biz həmişə BMT-nin nəzdində münaqişənin ik dövlətli prinsip çərçivəsinə həllinin tərəfdarı olmuşuq. Ancaq dünyaya bunu söyləməyimizə baxmayaraq, Fələstini dövlət kimi tanımırdıq. Ortada bir uyğunsuzluq mövcud idi. Biz Fələstini bir dövlət kimi tanımadığımız halda necə ikidövlətli həll tələb edə bilərdik? Buna görə də Barbados rəhbərliyi Fələstini dövlət kimi tanımaq qərarına gəlib”, - nazir bildirib.

Qeyd edək ki, Barbados BMT-yə üzv olan 193 ölkə arasında Fələstini dövlət kimi tanıyan 140-cı ölkə olub.

Tehsil-press.az

Oxşar xəbərlər