Ötən gün parlamentin plenar iclasında deputat Siyavuş Novruzov uşaqların evdə deyil, məktəbdə oxuyub öyrənməsi ilə bağlı fikirlər irəli sürüb.
Belə ki, o, 1-ci siniflərin məktəbə qəbulunun müsabiqə yolu ilə olmasını birmənalı qarşılamayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlamasında Siyavuş Novruzova cavab verib.
Bildirilib ki, ümumi təhsil müəssisələrinin 1-ci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir:
"Uşaqların 1-ci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Ölkə üzrə 12 ümumi təhsil müəssisəsi istisna olmaqla (lisey, gimnaziyalar, incəsənət yönümlü müəssisələr) dövlət ümumi təhsil müəssilərinə 1-ci sinfə qəbul prosesində heç bir müsabiqə həyata keçirilmir.
Yalnız bəzi lisey və gimnaziyalara uşaqların qəbulu prosesi onların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.
Eyni zamanda bildirmək istərdik ki, 1-ci sinfə qəbul prosesi 1 may tarixində başladıqda Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq 1-ci sinfə qaldırılacaq. Bu da təxminən məktəbyaşlı uşaqların ümumi sayının 70%-ni təşkil edir.
Eyni zamanda bildiririk ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan 1-ci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir".
Qeyd edilib ki, 1 may tarixindən 13 sentyabr tarixinə qədər məktəbəqəbul elektron sistemində valideynlər qeydiyyatdan keçərək şəxsi kabinet yarada biləcəklər:
"3 may tarixindən 13 sentyabr tarixinə qədər Azərbaycan bölməsi üzrə məktəb seçimi aparılacaq. Həmçinin 3 may- 17 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrə qeydiyyat, 7 may – 30 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələr təşkil olunacaq. 12 iyun tarixindən 13 sentyabr tarixinə qədər rus bölməsi üzrə məktəb və müəllim seçimi aparılacaq".
Tehsil-press.az