Bu günədək 129 min 397 uşaq birinci sinfə qəbul üçün qeydiyyatdan keçib

Bu günədək 129 min 397 uşaq birinci sinfə qəbul üçün qeydiyyatdan keçib 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi davam edir.
Bu günədək ölkə üzrə 129 min 397 uşaq qeydiyyatdan keçib.
Azərbaycan bölməsi üzrə 103 min 172 nəfər sorğu yerləşdirib. Rus bölməsi üzrə isə 13 min 916 nəfər müsahibəyə yazılıb.
Qeyd edək ki, qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Mayın 31-i saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Paralel şəkildə mayın 20-dən iyunun 9-dək müsahibələr aparılacaq.
İyunun 20-də tədris digər dillərdə aparılan məktəblərdə məktəb seçiminə başlanılacaq və proses sentyabrın 14-dək davam edəcək.
Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə iyunun 27-si saat 18:00-a qədər həyata keçiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər