ABŞ-nin 61 milyard dollarlıq yardımı Ukrayna ordusuna döyüş meydanında nəfəs almağa imkan verəcək, amma bunun müharibənin gedişatını Kiyevin lehinə dəyişməsi ehtimalı azdır.
Bu barədə “Blumberq” yazır.
Agentlik bildirir ki, yardımın cəbhə xəttinə nə qədər tez çatmasından çox şey asılı olacaq. Yardım paketinin 6 ay ərzində ABŞ Konqresində bloklanmasına görə Ukrayna kəskin sursat və canlı qüvvə çatışmazlığı ilə mübarizə aparır, Rusiya isə öz üstünlüklərini gücləndirir.
Analitik Nikolay Beleskovun sözlərinə görə, bu yardım Ukrayna hərbçilərinə nəfəs almağa imkan verir və onlara Rusiyanın irəliləyişini ləngitməyə, effektiv müdafiə aparmağa və itkiləri minimuma endirməyə kömək edəcək. Amma daha da irəli getmək daha çox yardım tələb edəcək, Konqresdə Respublikaçılar Partiyasının müqavimətini nəzərə alanda ABŞ-dən belə bir yardımın ayrılması çətin perspektiv kimi görünür.
“Məsələ 2025-ci ildə və ondan sonra yardımın olub-olmayacağı və nə qədər olacağıdır, çünki Putinin strategiyası gözləməkdir”, - Beleskov deyib.
Prezident Vladimir Zelenski bildirib ki, Amerika yardımı ilə Ukraynanın vəziyyəti sabitləşdirmək və təşəbbüsü ələ keçirmək üçün hər cür şansı var.
ABŞ Müharibə Araşdırmaları İnstitutuna görə, hətta ABŞ avadanlıqları sürətlə çatdırılsa belə, nəqliyyat logistikası yardımın bir neçə həftə ərzində cəbhə xəttindəki vəziyyətə təsir göstərməyə başlamayacağı anlamına gələcək.
“Ukraynalılara ciddi ziyan dəyib, silahlı qüvvələri indiyə qədər olduğundan daha zəifdir”, - şotland analitik Filip Obrayn vurğulayıb.
Bununla belə, ukraynalılar ən azı ABŞ-nin yardımı sayəsində vəziyyəti sabitləşdirə bilərlər.
Tehsil-press.az