Sumqayıt şəhərində sərnişin avtobusu sürücüsünün kobud qayda pozuntusu digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, 500 nömrəli xətt üzrə hərəkət edən "Bakı Bus"a məxsus avtobusun sürücüsü Zülfü Hacıyev və N.Nərimanov küçələrinin kəsişməsində dönmə əməliyyatı zamanı yol hərəkəti qaydalarını pozub. Sürücü "Stop" nişanının tələbinə əməl etməyərək birbaşa əsas yola çıxıb.
Nəticədə arxadan gələn nəqliyyat vasitələri üçün ciddi qəza riski yaranıb.
Tehsil-press.az






