“Rusiyanın Azərbaycana böyük marağının səbəbi...” - Peskov

“Rusiyanın Azərbaycana böyük marağının səbəbi...” - Peskov Azərbaycan Rusiyanın böyük dostu, qonşusu və tərəfdaşıdır, bu münasibətləri inkişaf etdirmək üçün hər iki tərəfin siyasi iradəsi var.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov “Rusiyanın Azərbaycana böyük marağının səbəbi nədir?” sualına belə cavab verib:

“Azərbaycan böyük dostu, qonşu, tərəfdaş və müttəfiqdir. Bizim çoxsaylı ümumi maraqlarımız, əməkdaşlıq üçün böyük potensialımız, ən əsası isə ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri hərtərəfli davam etdirmək və irəli aparmaq üçün hər iki tərəfdə siyasi iradə mövcuddur”.

Tehsil-press.az

Oxşar xəbərlər