Ayaqqabının dabanından narkotik vasitə çıxdı

Ayaqqabının dabanından narkotik vasitə çıxdı Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Tehsil-press.az Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı həmin şəxsin ayaqqabısının sağ tayının tərliyinin daban hissəsinin altından - dabanın oyuqlarında gizlədilmiş cəmi 2 ədəd bükümdə, xalis çəkisi 0,238 qram olan narkotik vasitə - heroin və 3 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,015 qram təşkil edir.

tehsil-press.az

Oxşar xəbərlər