Parlament seçkilərinin tarixi BƏLLİ OLDU: İcra hakimiyyətləri LƏĞV OLUNUR - Ayın sonu ELAN OLUNACAQ

Parlament seçkilərinin tarixi BƏLLİ OLDU: İcra hakimiyyətləri LƏĞV OLUNUR - Ayın sonu ELAN OLUNACAQ “Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır” - bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun dünənki iclasında deyib. MSK sədri qeyd edib ki, seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.

Bununla bağlı müzakirə olunan məsələlər arasında ən çox diqqət çəkən inzibati-ərazi bölgüsündə dəyişiklik və İcra hakimiyyəti sturukturlarının ləğvi ilə bağlıdır. Hesab olunur ki, mərkəzdən təyin olunacaq nümayəndələr tərəfindən idarə ediləcək vahidlərin sayının azaldılması həm dövlət resurslarının daha qənaətcil istifadəsinə, həm də ərazilərin inkişafında tarixi-coğrafi əlaqələrin insitutlaşmasına səbəb ola bilər.

Qeyd edək ki, icra hakimiyyətlərinin ləğvi ilə bağlı müzakirələr yeni deyil. 2021-ci ilin yanvar ayının 19-da dövlət başçısının imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri institutu yaradılıb. Fərmanda qeyd olunub ki, məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır.

Bu məsələ parlament seçkilərindən sonra İcra hakmiyyətlərinin ləğvi məsələsini yenidən gündəmə gətirib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun dünənki iclasında parlament seçkilərinin əvvələ çəkilə biləcəyini bildirdikdən sonra yerli icra hakimiyyəti orqanlarının ləğv olunması ilə bağlı geniş müzakirələr yayılıb. Bəs Azərbaycanda parlament seçkilərinin keçirilməsi hansı tarixə təsadüf edəcək və parlament seçkilərindən sonra icra hakimiyyətləri ləğv olunacaqmı?

Məsələ ilə bağlı sabiq baş nazir Pənah Hüseynov açıqlamasında bildirib ki, yerli icra hakimiyyəti orqanları ləğv olunsa da, onları yerli nümayəndələr əvəz edəcək:

“Bu barədə qanunvericiliyi tənzimləyən prezident hakimiyyətidir, daha sonra isə qanunvericiliklə Milli Məclis təmsil olunur. Əlbbətdə ki, Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının ciddi əmək formları çoxdan yetişib. Bunun konseptual istiqaməti isə yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin artırılması və onların real özünidarə orqanlarına çevrilməsinə paralel olaraq baş verə bilər. Yoxsa adın dəyişdirilməsi və ya digər bu tipli dəyişikliklər lazım olan effektiv nəticəni verməyəcək”.

Parlament seçkilərinin tarixi BƏLLİ OLDU: İcra hakimiyyətləri LƏĞV OLUNUR - Ayın sonu ELAN OLUNACAQ


Sabiq baş nazir əlavə edib ki, parlament seçkilərinin noyabrdan əvvələ salınması gözləniləndir, çünki bildiyimiz kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək və bu noyabr ayına təsadüf edir: “Parlament seçkilərinin əvvələ çəkilməsi mümkündür. Amma noyabr ayının birinci bazar günündən qabağa çəkilməsi mümkün deyil. Bu yalnız müharibə və digər fövqəladə hallarda baş verə bilər.

Azərbaycanın yeni idarəetmə modelinə keçməyə hazırlaşması prezident İlham Əliyevin sərəncamı ilə 14 iqtisadi rayonun yaradılmasından sonra daha da aktuallaşıb.

Məlumat üçün bildirək ki, hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Ölkə başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. Qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən bu institutun özünü doğrultduğunu söyləmək mümkündür. Xüsusi nümayəndəliklərin fəaliyyəti Qarabağda geniş vüsət almış quruculuq-abadlıq işlərinin fonunda qiymətləndiriləndə, bu modelin daha geniş coğrafiyada tətbiqinə ehtiyac yaranır.

Dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurlu nəticələrinə əsaslanaraq deyə bilərik ki, yaxın 3-4 ay ərzində, daha dəqiqə desək parlament seçkilərindən sonra ölkədə yerli icra hakimiyyətlərinin ləğv olunacağı və onun yerli idarəetmə orqanları ilə əvəzlənəcəyini demək mümkündür. Əslində Azərbaycanda yeni idarəetmə modelinə keçiləcəyi və rayon icra hakimiyyətlərinin ləğv ediləcəyi barədə səslənən ehtimallar və proqnozları Prezident İlham Əliyev təsdiqləyib.

Bu barədə İlham Əliyev ilin əvvəlində (Yanvar ayında) yerli televiziyalara müsahibəsində deyib. Prezident bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi. Belə ki, bütün baş verən prosesləri nəzərə alsaq, yaxın 2-3 ay ərzində keçirilməsi planlaşdırılan parlament seçkilərinin icra hakimiyyətlərinin sonunu gətirəcəyini deyə bilərik.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, uzun zamandır ölkədə parlament seçkilərinin önə çəkiləcəyi ehtimal olunurdu:

“Amm bunun növbəti ilə qalma variantı da var. Bunun üçün konstitusiya dəyişikliyi lazımdır. İcra hakimiyyətlərinin ləğvi üçün isə referenduma ehtiyac var. Referendum olsa, icra hakimiyyətləri ləğv edilsə, bələdiyyələrə böyük səlahiyyətlər verilsə, prezidentin şəxsi nümayəndəlik institutu səlahiyyəntləndirilərək onların geniş tətbiqinə gedilsə, buna konstitusiya islahatları lazımdır. Həmin konstitusiya referendumu olacaqsa, bu zaman keçici maddə ilə parlament seçkilərini gələn ilin fevral-mart aylarına saxlamaq mümkündür”.

Parlament seçkilərinin tarixi BƏLLİ OLDU: İcra hakimiyyətləri LƏĞV OLUNUR - Ayın sonu ELAN OLUNACAQ


Ekspert qeyd edib ki, referendum olmasa, seçkilər bu il keçirilməlidir və bilirik ki, seçkilərə ən azı iki ay qalmış elan olunmalıdır. Buna görə də, may ayının sonunda elan olunsa bu təqribən iyulun sonuna düşür.

Natiq Cəfərli hesab edir ki, parlament seçkiləri avqustun sonu, sentyabrın əvvələrində və yaxud da sentyabrın sonunda olması daha məntiqlidir. Onun sözlərinə görə, seçki komissiyalarında 10 minlərlə müəllim çalışır və onların yaya tətilini pozmaq olmaz. Buna görə də müəllimlərin də durumunu nəzərə alaraq sentyabrın sonunda COP29-a bir ay qalmış parlament seçkilərini keçirmək daha məntiqli olardı.

Tehsil-press.az

Oxşar xəbərlər