İyunda növbədənkənar parlament seçkiləri keçiriləcək? – Açıqlama

İyunda növbədənkənar parlament seçkiləri keçiriləcək? – Açıqlama Son günlər ölkə mətbuatında və ictimaiyyətdə növbədənkənar parlament seçkilərinin yaxın aylarda keçiriləcəyi ilə bağlı müzakirə gedir. Bu ilin noyabrında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini nəzərə alsaq, parlament seçkilərinin may-iyunda baş tutması istisna edilmir.

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar İskəndərov xatırladıb ki, ölkəmizdə sonuncu növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə baş tutub:

“Konstitusiyamızın 84-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycanda Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabrın birinci bazar günü keçirilir. Növbəti parlament seçkiləri 2024-cü il noyabr ayının 3-də keçirilməlidir. Bu, Konstitusiyamızın tələbidir. Lakin tarix əvvələ çəkilə bilər”.

Deputat qeyd edib ki, prosedura görə, parlamentin buraxılması ilə bağlı Milli Məclisdə iclas keçiriləcək və bundan sonra Prezident növbədənkənar seçkinin vaxtını təyin edəcək:

“Bu, Konstitusiyanın tələbidir. Bu barədə müxtəlif fərziyələr irəli sürülsə də, rəsmi məlumat yoxdur. Parlament aktiv fəaliyyətindədir, üzərinə düşən vəzifələri icra edir”.

Tehsil-press.az

Oxşar xəbərlər