Türkiyədə seçkilər bu tarixdə olacaq - Ərdoğan açıqladı

Türkiyədə seçkilər bu tarixdə olacaq - Ərdoğan açıqladı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədə prezident və parlament seçkilərinin keçiriləcəyi dəqiq tarixi rəsmi şəkildə elan edəcək.
Ərdoğan Bakı vaxtı ilə 15:00-da Prezident iqamətgahında bununla bağlı çıxış edəcək.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-ü keçirilməsi gözlənilir.
***
Ərdoğan ölkədə prezident seçkilərinin mayın 14-ü keçirilməsini təsdiq edib.
Türkiyə lideri prezident və parlament seçkilərinin iyunun 18-i deyil, mayın 14-ü təşkil edilməsi ilə bağlı qərar imzalayıb.
***
Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yenerin sözlərinə görə isə, birinci tur nəticəsiz qalarsa, seçkilərin ikinci turu 28 may tarixində baş tutacaq.

Tehsil-press.az

Oxşar xəbərlər