Köçəryandan Baqrata etiraz: “Tavuşda başqa söz deyirdin, İrəvanda tamam ayrı”

Köçəryandan Baqrata etiraz: “Tavuşda başqa söz deyirdin, İrəvanda tamam ayrı” Yepiskop Vazgen (Baqrat) Qalstanyan din xadimi geyimində siyasi proseslər yaratmaqla məşğuldur, bu yolverilməzdir. Konstitusiya din xadiminə belə bir səlahiyyət vermir.

Bunu Ermənistanın hakim partiyasının deputatı Andranik Köçəryan deyib.

Jurnalistin etirazçıların ölkədə baş verənlərə biganə qala bilməyəcəklərini deməsi ilə bağlı müşahidəsinə Köçəryan “Ölkədə nə baş verir?” deyə cavab verib.

“Sərhədlərin müəyyənləşdirilməsi qeyri-qanuni olsa da, olmasa da, parlamentdə bu məsələlərin müzakirə olunduğu siyasi platforma var ki, özləri bunu formalaşdıra bilmirlər, deyirlər: niyə o hissədə bu yoxdur, niyə bu hissə tam deyil və sair”, - deputat bildirib.

Köçəryanın fikrincə, Ermənistanın təhlükəsizliyi sərhədlərinin tam müəyyənləşdirilməsi ilə təmin olacaq.

Deputat onu da qeyd edib ki, din xadimləri Tavuşda olarkən ancaq delimitasiya ilə bağlı güc strukturlarından izahat tələb edirdilər, amma hansısa sehrli çubuq onları İrəvana atdıqdan sonra siyasi tələblər irəli sürməyə və siyasi mübarizə aparmağa başlayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər