İrəvanda yenidən aksiya keçirilir, saxlanılanlar var

İrəvanda yenidən aksiya keçirilir, saxlanılanlar var Ermənistan müxalifətinin nümayəndələri bu gün də paytaxt İrəvanda bir neçə küçəni bağlamağa cəhd edib.
Ermənistan polisinin xüsusi bölmələri aksiya iştirakçılarını saxlamağa başlayıb.
Etiraz aksiyası səbəbindən bir neçə küçədə tıxac yaranıb. Hazırda polis əməkdaşları yolu açmağa çalışır.
Xatırladaq ki, dünən də İrəvanda etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə yolları bağlayıb. Aksiya zamanı 400-dən çox etirazçı saxlanılıb.

Tehsil-press.az


Oxşar xəbərlər