Bu ərazilər də Azərbaycana qaytarılır? – TARİX AÇIQLANDI

Bu ərazilər də Azərbaycana qaytarılır? – TARİX AÇIQLANDI Prezident İlham Əliyevin Şuşada çıxışı zamanı qeyd etdiyi bir mühüm məqam da Qazaxın 4 kəndinin qaytarılması oldu. Faktiki olaraq Ermənistan İlham Əliyevin tələbi ilə 4 kəndi qaytarıb.

Növbəti dəfə bənzər proses ola bilərmi? Anklavlar və sovet dövründə verilmiş biçənək sahələri də Azərbaycana geri veriləcəkmi?

Siyasi şərhçi Asif Nərimanlı deyib ki, 4 kəndin qaytarılmasından sonra yaxın gələcəkdə Bakı və İrəvan arasında çərçivə sazişinin imzalanması mümkündür:

“Gözləntilərə görə, bunun noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə qədər baş verməsi mümkündür. Bu da İlham Əliyevin növbəti tələbi ilə ola bilər və mümkün saziş mətnində Ermənistanın istəkləri yer almayacaq.

İrəvan sərhədin SSRİ dağılanda mövcud xətlərə uyğun çəkilməsi prinsipini sazişə daxil etmək niyyətindədir. Bakı bunu birmənalı olaraq qəbul etmir, Almatıda keçirilən görüşün nəticəsi də bunu bir daha göstərdi. Fikrimcə, növbəti dəfə bənzər proses bununla bağlı ola bilər.

SSRİ dövründə otlaq və əkin sahəsi adı altında ermənilərə verilən, xüsusilə sərhəd boyu ərazilərdəki torpaqların qaytarılması, o cümlədən, anklavlar məsələsi bundan sonra daha da aktuallaşacaq. İstisna deyil ki, Azərbaycan bu ərazilərin qaytarılmasına qarşılıq Ermənistanı regional layihələrə qoşa bilər. Ermənistan bu ərazilərin unutdurulmasını və onlar üzərində legitimlik qazanmasını istəyir. Lakin bu məsələnin arxa plana keçəcəyini düşünürəm. Bundan sonra bu məsələ daha da aktuallaşacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər