Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş bölgəsində yerli sakinlərlə görüşdə Azərbaycanın tələb etdiyi 4 kəndin geri qaytarılması zərurətini müharibə təhlükəsiylə ona görə izah edib ki, bununla bağlı Bakıdan xəbərdarlıq alıb. Mesajın mahiyyəti bu olub ki, yaxın günlərdə 4 kənd qaytarılmasa, Azərbaycan Ordusu həmin kəndlərə daxil olacaq. Həmin mesajı bu ayın 7-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Ermənistan Baş nazirinin müavini Mger Qriqoryana, o da öz növbəsində rəhbəri Nikol Paşinyana çatdırıb. Bunun qarşılığında Paşinyan bu məsələni qısa müddətdə həll edəcəyini vəd verib.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Nikol Paşinyan 4 kəndi Azərbaycana qaytarması qarşılığında rəsmi Bakıya öz təklifini göndərib: “Sərhədin delimitasiyasına Ermənistan tərəfdən Bağanis, Azərbaycan tərəfdən Bağanis Ayrım kəndi bölgəsindən başlayaq”:
“Paşinyanın bu təklfinin arxasında nə dayanır? Birincisi, Nikol Paşinyan həmin bölgədə 4 kəndin Azərbaycana qaytarılmasını təmin etdikdən sonra Qazaxa aid digər 3 kənd mövzusunu “qapatmaq” istəyir. Çünki sərhədin həmin bölgəsinin delimitasiyası razılaşdırılarsa, Azərbaycana məxsus və yerdə qalan 3 kəndin geri qaytarılması mümkün olmayacaq. İkincisi, Nikol Paşinyan ümid edir ki, 4 kəndi Azərbaycana qaytardıqdan və sərhədin həmin hissəsi müəyyənləşəndən sonra o sərhədin cənub hissəsindəki itirdiyi yüksəklikləri delitimatisiya yolu ilə geri qaytara biləcək.
Rəsmi Bakının Nikol Paşinyanın hər iki təklifinə razılaşacağı ehtimalı azdır. Bakı İrəvandan birinci mərhələdə sülh və ya çərçivə sazişinin imzalanmasını tələb edir. Sülh əldə edildikdən sonra müxtəlif mövzularla bağlı danışıqları davam etdirmək olar. 4 kəndin geri qaytarılması çərçivə sazişinin imzalanması perspektivini gücləndirəcək”.
Tehsil-press.az