Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Salyanda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Salyanda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova mayın 29-da Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Salyan, Hacıqabul və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, aqrar kredit, torpaq sahəsinin ayrılması, azad olunmuş ərazilərdə təsərrüfatla məşğul olmaq üçün şəraitin yaradılması və digər məsələlərlə bağlı olub. Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.

Daha sonra nazir müavini Salyan rayonunun Kür Qaraqaşlı kəndində yaradılmış pilot təsərrüfata baş çəkib, Aqrar Xidmətlər Agentliyinin Salyan Sort Sınaq Məntəqəsinin fəaliyyəti ilə tanış olub, pambıq və taxıl sahələrinin vəziyyəti ilə maraqlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər