“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov Qazaxda vətəndaşları qəbul edib

“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov Qazaxda vətəndaşları qəbul edib 2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən texnikaların icarəyə götürülməsi, güzəştli şərtlərlə kənd təsərrüfatı texnikalarının alınması və digər məsələlərlə bağlı olub.
“Aqroservis” sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

“Aqroservis” sədri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Elmin Rəhmanov “Aqroservis” ASC-nin yerli rayon bölmələrinin rəhbərləri ilə görüşüb, taxıl biçininə hazırlıq vəziyyətini dəyərləndirib, texnikaların durumu ilə tanış olub. Bölmə rəhbərlərinə biçinin operativ həyata keçirilməsi üçün dislokasiyanın düzgün aparılması ilə bağlı tapşırıqlar verilib.

Tehsil-press.az

Oxşar xəbərlər