Təhsil naziri Neftçalada vətəndaşların müraciətlərini dinləyib

Təhsil naziri Neftçalada vətəndaşların müraciətlərini dinləyib Fevralın 8-də təhsil naziri Ceyhun Bayramov Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib.
Qəbuldan əvvəl nazir Ceyhun Bayramov və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun keçirilən qəbulda Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, işə bərpaolunma, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Mətbuat Xidməti




Oxşar xəbərlər