Ramin Məmmədovdan yeni TƏYİNAT

Ramin Məmmədovdan yeni TƏYİNAT Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov özünə yeni köməkçi təyin edib.

O, bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə tanınmış jurnalist Elşad Miraləm təyinat alıb.

O, iyunun 12-də Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstan Patriarxlığında keçirdiyi görüşdə də sədrin köməkçisi vəzifəsində iştirak edib.

Dövlət Komitəsinin sədrinin əvvəlki köməkçisi Rəhim Rəhimli isə digər şöbədə müdir müavini vəzifəsinə təyin edilib.

Xatrıladaq ki, Ramin Məmmədov bu ilin aprel ayının 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. (İqtisadiyyat.az)

Tehsil-press.az

Oxşar xəbərlər