"Mançester Yunayted"in fantastik qələbəsi

İngiltərə kubokunda ilk finalçı müəyyənləşib.

İngiltərə kubokunda ilk finalçı müəyyənləşib. Tehsil-press.az-a görə, “Mançester Yunayted” yarımfinal mərhələsinin ilk oyununda Liverpul şəhərinin təmsilçisi “Everton” ilə üz üzə gəlib. “Qırmızı Şeytanlar” qalib gələrək finala yüksəlib.
Matçda hesabı “Mançester Yunayted” açıb. Maruan Fellayni Antoni Marsyalın ötürməsindən sonra sabiq komandasını məyus edib. 2-ci hissədə Qonaqların hücumçusu Lukaku penalti vuruşundan fərqlənə bilməyib. İspaniyalı qapıçı De Xea mükəmməl qurtarışı ilə komandasını qoldan xilas edib. Lakin “Everton”un intensiv hücumları sahəsində hesabı tarazlaya bilib. Qonaqların müdafiəçisi Kris Smollinq topu uzaqlaşdırmaq istəyəndə tərs vuruş edərək öz qapısına yönəldib. Oyunun bitməsinə 1 dəqiqə qalmış Marsyal "Everton"un qapıçısı ilə üz üzə çılxıb. Fransalı gənc futbolçu soyuqqanlı zərbə ilə topu uzaq küncə yönəldərək "Everton"u diz üstə qoyub.
"Everton" - "Mançester Yunayted" - 1:2
Qollar: Fellaini, 34 (0:1), Smollinq, 75-avtoqol (1:1), Marsyal, 90+3 (1:2)



"Qırmızı Şeytanlar"ın finalda rəqibi "Kristal Palas" - "Uotford" oyununun qalibi olacaq. "Everton" yarımfinala "Çelsi"yə qalib gələrək yükləlib. "Mançester Yunayted" isə çətinliklə "Vest Hem"i məğlub edib. İngiltərə kubokunun finalı mayın 21-də olacaq. Matç Londonun "Uembli" stadionunda keçiriləcək.
"Everton" - "Mançester Yunayted" qarşılaşması "Everton" - "Mançester Yunayted" qarşılaşması

tehsil-press.az

Oxşar xəbərlər