Ədliyyə naziri tanınmış vəkilə yüksək vəzifə verdi

Ədliyyə naziri tanınmış vəkilə yüksək vəzifə verdi Ədliyyə Nazirliyində yeni təyinat olub.

E-huquq.az-ın məlumatına görə, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Seymur Səfərov nazirliyin İnsan resursları idarəsinin rəis müavini - rəis vəzifəsini icra edən təyin olunub.

Qeyd edək ki, Seymur Namaz oğlu Səfərov Vəkillər Kollegiyasının üzvüdür. Bu təyinatadək o, Vəkillər Kollegiyası Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər