Namiq Xıdırova yüksək vəzifə verildi

Namiq Xıdırova yüksək vəzifə verildi Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov qurumun "İNNOVA İnnovativ Reklamçılıq Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin edib.

"İNNOVA İnnovativ Reklamçıllq Şirkəti" MMC-nin direktoru Gülnar İbrahimova vəzifəsindən azad edilib. Bu vəzifəyə Fərhad Adıgözəlovun müvafiq əmri ilə Namiq Sədaqət oğlu Xıdırov təyin olunub.

Qeyd edək ki, N.Xıdırov bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər