Ər və xanımı imtahanda yüksək bal topladı

Ər və xanımı imtahanda yüksək bal topladı Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanının növbəti mərhələsi keçirilib. Bu gün ingilis dili fənni üzrə namizədlər test imtahanları veriblər.

Naxçıvanda keçirilən müəllimlərin işə qəbul imtahanında namizəd Sura Rüstəmova ingilis dili üzrə 93,75 bal toplamaqla, yüksək nəticə göstərib.

Qeyd edək ki, onun həyat yoldaşı da bir neçə gün öncə MİQ imtahanlarında iştirak edib və yüksək nəticə göstərib. Belə ki, Sura Rüstəmovanın həyat yoldaşı Ələkbər Ağayev 4 iyul tarixindəki MİQ imtahanlarında kimya fənnindən 95 bal toplayıb. Cütlüyün iki qız övladı var.

Tehsil-press.az

Oxşar xəbərlər