Azərbaycan Texnologiya Universiteti ilə Azersun MMC arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Texnologiya Universiteti ilə Azersun MMC arasında anlaşma memorandumu imzalanıb Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla Azersunun İnsan Resursları üzrə Baş direktoru Fatih İslamoğlu imzalayıblar.

Memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis edilməsi, birgə konfrans, seminar və təlimlərinin təşkili və s. məsələlər öz əksini tapıb.

İmzalanma mərasimindən sonra ATU nümayəndələri müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.

Qeyd edək ki, Azersun qida istehsalı, kənd təsərrüfatı, qablaşdırma və logistika sahələrinə aid 30-dan artıq müəssisəsi ilə bu gün qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini birləşdirən böyük bir Holdinqdir. Şirkətlər Qrupunun müəssisələri tərəfindən istehsal olunan məhsullar həm daxili bazarı təmin edir, həm də ixrac olunur.

Tehsil-press.az

Oxşar xəbərlər