Azərbaycan Texnologiya Universiteti ilə Coca-Cola Azərbaycan şirkəti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Texnologiya Universiteti ilə Coca-Cola Azərbaycan şirkəti arasında anlaşma memorandumu imzalanıb Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna Məmmədova imzalayıblar.

Memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis edilməsi, birgə konfrans, seminar və təlimlərinin təşkili və s. məsələlər öz əksini tapıb.

İmzalanma mərasimindən sonra ATU nümayəndələri və tələbələr müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər