BDU ilə Van Yüzüncü Yıl Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Van Yüzüncü Yıl Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Van Yüzüncü Yıl Universiteti arasında memorandum imzalanıb
İmzalanma mərasimində bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıqdan danışıb. Rektor Mövlanə mübadilə proqramı çərçivəsində görülən işləri, müəllim-tələbə mübadiləsini yüksək dəyərləndirib.
Elm, təhsil sahəsində qardaş ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayan rektor bu istiqamətdə müxtəlif layihələrin həyata keçiriləcəyini bildirib.
Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battal BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Sonra universitetlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb, anlaşma memorandumu imzalanıb.
Sənəddə əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması, birgə konfrans və simpoziumların təşkili və s. məsələlər əksini tapıb.
Qeyd edək ki, 1982-ci ildə təsis edilən Van Yüzüncü Yıl Universitetinin 17 fakültəsi, beş institutu, dörd məktəbi, bir konservatoriyası, 43 tədqiqat mərkəzi var.

BDU-nun Mətbuat Xidməti


BDU ilə Van Yüzüncü Yıl Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Oxşar xəbərlər