Avtobuslardakı gizli cihazlar zolağa girən maşınların fotosunu DYP-yə ötürür? - RƏSMİ CAVAB

Avtobuslardakı gizli cihazlar zolağa girən maşınların fotosunu DYP-yə ötürür? - RƏSMİ CAVAB Sosial şəbəkələrdə avtobuslara xüsusi radar cihazlarının qoşulması ilə bağlı məlumatlar yayılıb.

Bu cihazların avtobus zolaqları ilə hərəkət edən avtomobil sürücülərini müəyyən edərək məsafədən fotolorını çəkdiyi və yol polisinə ötürdüyü iddia olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, avtobus zolaqlarında fasiləsizlik təmin olunacaq.

“Paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır.

Şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür.
Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaqdır. Daxili İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır.
Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir”.

Tehsil-press.az

Oxşar xəbərlər