Milli Məclisin ən yaşlı deputatlarının SİYAHISI - Onlara "gedin, nəvələrinizlə oynayın" deyildi

Milli Məclisin ən yaşlı deputatlarının SİYAHISI - Onlara Azərbaycanda 1 sentyabr - Növbədənkənar Parlament seçkilərinə sayılı günlər qalır.

Seçki öncəsi ən çox müzakirə edilən mövzulardan biri də yaşlı deputatların yenidən namizəd olub-olmayacağı məsələsidir.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, 86 yaşlı professor Ağacan Abıyev yaşlı deputatlarla bağlı açıqlamasında onları növbəti dəfə namizədliklərini verməməyə və gedib nəvələri ilə oynamağa çağırıb.

AZXEBER.COM mövzunun aktuallığını nəzərə alaraq Milli Məclisin ən yaşlı deputatlarının siyahısını hazırlayıb.

Hazırda Milli Məclisin ən yaşlı deputatı Ziyad Səmədzadədir. Onun 84 yaşı yaşı var. Ziyad Səmədzadə onuncu, on birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Digər deputatlardan Eldar İbrahimovun 79, Sabir Rüstəmxanlının 78, Mixail Zabelinin 78, Vahid Əhmədovun 77, Əhliman Əmiraslanovun 77, Fəzail Ağamalının 77, İsa Həbibbəylinin 75, Tahir Rzayevin 74, Aqiyə Naxçıvanlının 74, Elman Məmmədovun 74, Rasim Musabəyovun 73, Bəxtiyar Sadıqovun 73, Fəzail İbrahimlinin 73, Eldar Quliyevin 73, Cavanşir Paşazadənin 71, Asim Mollzadənin 71, Aqil Abbasın 71, Əli Məsimlinin 71, Rafailov Anatoliy Xaimoviçin 71, Rafael Hüseynovun 70, Sabir Hacıyevin 70 yaşı var.

Tehsil-press.az

Oxşar xəbərlər