Milli Məclisin ilk iclası bu tarixdə keçiriləcək

Milli Məclisin ilk iclası bu tarixdə keçiriləcək VI çağırış parlamentin yaz sessiyasının ilk iclasının martın 12-də keçiriləcəyi gözlənilir.
Artıq ilk iclasa hazırlıq işləri gedir.
Xatırladaq ki, daha əvvəl koronavirus təhlükəsi ilə əlaqədar olaraq, VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiblər. Müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.
**
Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtı dəyişib. İclas martın 10-da (sabah) keçiriləcək.
İclasdan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputat vəsiqələrini təqdim edəcək. Daha sonra parlamentə seçilmiş deputatların siyahısını oxuyacaq və Milli Məclisin Sədri seçilənədək birinci iclası başlanacaq.
Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər