Abituriyentlərə mühüm xəbər – Bu qruplara qəbul 100 bal artacaq…

Abituriyentlərə mühüm xəbər – Bu qruplara qəbul 100 bal artacaq… Hazırda abituriyentlər üçün çox kritik zamandır. İyulun 7-də 2 və 3-cü ixtisas qrupları üçün ikinci cəhd blok imtahanı keçirildi. Sabah isə 1 və 4-cü ixtisas qrupları ikinci dəfə ali məktəbə qəbul olmaq üçün şansını sınayacaq. Bu yarışda iştirak edənləri isə bir sual maraqlandırır: hansı qruplarda ballar artacaq və daha çox bal artımı onlardan hansını əhatə edəcək?

Ttəhsil ekpserti Ramin Nurəliyev “Yeni Sabah”a açıqlamasında bu barədə sualları cavablandırıb:

“Bu qəbul ilində balların artacağı ilə bağlı ehtimallarım var. Buraxılış imtahanı keçirildikdən sonra abituriyentlərin imtahandan çıxması, müəllimlərin suallara baxıb onların asanlığını ifadə etməsi, nəticələr elan olunduğu təqdirdə yüksək bal toplayan abituriyentlərin sayının çox olması kimi məqamlar balların artacağından xəbər verir. Blok imtahanı nə qədər çətin olursa-olsun keçən ilkinə nisbətən daha asan idi. Bu isə balların artacağından xəbər verir”.

Ekspert bildirib ki, xüsusilə, 1-ci ixtisas qrupunda balların yüksəlməsi çox ciddi ehtimaldır:

“Hətta bu qrupda 100 bala qədər artan ixtisasların olacağını müşahidə edə bilərik. Keçən il suallar çətin olduğu üçün balların aşağı olması nəzərə çarpırdı. Bəzi ixtisaslarda 100 bala qədər azalma var idi. Bu il isə tamamilə fərqli bir durumla qarşı-qarşıya olacağıq. İkinci ixtisas qrupunda balların həddən artıq yüksəlməsi gündəmdə deyil. Ancaq müəyyən bir artım müşahidə oluna bilər. 3-cü qrupa gəldikdə isə, ciddi artım gözlənilir. Bu, 1-ci ixtisas qrupu ilə müqayisədə o qədər də çox olmaya bilər. Ən çox 50 bala qədər artım gözləniləndir. 4-cü ixtisas qrupunda isə yüksək bal tələb edən ixtisaslarda, xüsusilə, tibb üzrə olanlarda artım ehtimalı var. Nəhayət, 5-ci qrupda isə qabiliyyət tələb etməyən dizayn ixtisasında və İdman Akademiyasındakı ixtisaslarda bal artımı olacaq. Yekun olaraq isə, bal artımı bütün ixtisas qruplarını müxtəlif formada əhatə edəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər